Azərbaycan Premyer Liqası: "Sabah" "Qarabağ"la heç-heçə edi
25
okt
2026
20:30
Misli Premyer Liqasının IX turunda "Sabah" "Qarabağ"la heç-heçə edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, "Dalğa Arena"da baş tutan görüşdə qapılara qol vurulmayıb.
Bu nəticədən sonra "Sabah" 20 xalla turnir cədvəlinə başçılıq edir. 3-cü pillədə olan "Qarabağ"ın isə 18 xalı var.
Xatırladaq ki, turun əvvəlki oyunlarında "Qəbələ" "Araz-Naxçıvan"ı (2:1), "Zirə" "Sumqayıt"ı (3:2), "Kəpəz" "Şəfa"nı (2:1) və "İmişli" "Şamaxı"nı (2:1) məğlub edib. "Neftçi" - "Turan Tovuz" matçı isə heç-heçə başa çatıb - 1:1.
Oxşar xəbərlər
Yunan-Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub
Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatının qalibi olub. BAKU.WS xəbər verir ki, 77 kq çəki...