Azərbaycanla Özbəkistan arasında turizm və mədəniyyət sahələrində əməkdaşlıq sazişləri təsdiqlənib
Azərbaycanla Özbəkistan arasında imzalanmış turizm və mədəniyyət sahələrində əməkdaşlıq sazişləri təsdiq edilib.
BAKU.WS xəbər verir ki, Prezident İlham Əliyev bununla əlaqədar müvafiq fərmanlar imzalayıb.
Dövlət başçısının fərmanlarına əsasən, "Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş" və "Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib.
Sənədə görə, Xarici İşlər Nazirliyinə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Özbəkistan Hökumətinə bildiriş göndərmək tapşırılıb.
Oxşar xəbərlər
Azərbaycanda Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradılıb
Azərbaycanda Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradılıb. BAKU.WS xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sənəd...