"Sabah" 30 illik çempionat tarixinin rekordunu təkrarladı
"Sabah" Azərbaycan çempionatlarının rekordunu təkrarlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Misli Premyer Liqasının arxada qalan hissəsi "Sabah"ın cəmi bir qol buraxması ilə diqqət çəkir.
Bu mövsüm 8 oyunda orta hesabla 0.125 top buraxan paytaxt təmsilçisi turnir tarixinin rekordunu təkrarlayıb. 1992-ci ildən keçirilən çempionatda ümumilikdə 5-ci, son 10 mövsümdə ilk dəfə bir komanda ilk 8 matçda yalnız bir top buraxıb. Buna sonuncu dəfə 2016/2017 mövsümündə "Qəbələ" nail olub.
2001/02 mövsümündə "Neftçi"nin imza atdığı rekordu 6 ildən sonra AZAL, 9 ildən sonra "Xəzər Lənkəran" təkrarlayıb.
Oxşar xəbərlər
Murad Əhmədiyev dünya çempionatını medalsız başa vurub
Azərbaycanın yunan-Roma güləşçisi Murad Əhmədiyev (97 kq) Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatını medalsız başa vurub. BAKU.WS report-a isti...