Murad Əhmədiyev dünya çempionatını medalsız başa vurub
Azərbaycanın yunan-Roma güləşçisi Murad Əhmədiyev (97 kq) Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatını medalsız başa vurub.
BAKU.WS report-a istinadən xəbər verir ki, 25 yaşlı idmançı təsəlliverici görüşdə Markus Raqqinqerə (Avstriya) uduzub.
Qarşılaşma rəqibin 5:1 hesablı qələbəsi ilə bitib.
Bu gün yunan-Roma güləşçilərindən Nihat Məmmədli (63 kq), Həsrət Cəfərov (67 kq) və İslam Abbasov (87 kq) mübarizəyə başlayacaq.
Xatırladaq ki, mundial noyabrın 1-də başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl medal qazanıb.
Oxşar xəbərlər
İnfantino "Sabah" - "Qarabağ" oyunundan yazdı
"Xalların bölündüyü "Sabah" və "Qarabağ" klubların arasında baş tutan gərgin qarşılaşma Azərbaycan futbolunun parlaq nümayişi oldu". BAKU.WS xəbər verir ki, bu...