Moskvada universitetdə bomba həyəcanı: tələbə və əməkdaşlar təxliyə edildi
Rusiyanın Moskva Dövlət Mədəniyyət İnstitutunda bomba təhlükəsi ilə əlaqədar təxliyə elan edilib.
BAKU.WS xəbər verir ki, bu barədə ali təhsil müəssisəsinin mətbuat xidməti "Telegram" kanalında məlumat yayıb.
Bildirilib ki, təxliyə qərarı binanın minalanması barədə daxil olan məlumatdan sonra qəbul edilib. Hazırda hadisə yerində müvafiq xidmətlərin əməkdaşları işləyir və zəruri tədbirlər həyata keçirilir.
Universitetin mətbuat xidməti tələbə və əməkdaşlardan sakitliyi qorumağı, məsul şəxslərin göstərişlərinə əməl etməyi və rəsmi icazə verilənədək binaya qayıtmamağı xahiş edib.
Tədris prosesinin nə vaxt bərpa olunacağı ilə bağlı məlumatın institutun rəsmi resurslarında paylaşılacağı bildirilib.
Oxşar xəbərlər
Moskvada PUA hücumları səbəbindən 109 aviareys gecikib və ya ləğv edilib
Rusiyanın paytaxtı Moskvanın üç hava limanında pilotsuz uçuş aparatlarının (PUA) hücumları ilə əlaqədar 109 aviareysin gecikdirildiyi və ya ləğv edildiyi bildir...