Lula da Silva yenidən Braziliya prezidenti oldu

Lula da Silva yenidən Braziliya prezidenti oldu
Dünya 45

Braziliyada keçirilən prezident seçkilərinin ikinci turunda hazırkı dövlət başçısı Luis İnasio Lula da Silva qalib gəlib.

BAKU.WS xəbər verir ki, Braziliyanın Ali Seçki Məhkəməsinin açıqladığı məlumatlara əsasən, bülletenlərin 97,69 faizi hesablandıqdan sonra onun qələbəsi riyazi olaraq təmin olunub.

Nəticələrə görə, Lula da Silva səslərin 51,74 faizini toplayıb. Sağçı müxalifətin təmsilçisi, senator Flavio Bolsonaru isə 48,26 faiz səs qazanıb.

Beləliklə, qalan səslərin hesablanmasının seçkinin nəticəsini dəyişməyəcəyi bildirilir. Lula da Silvanın yeni prezidentlik müddəti 2027-ci il yanvarın 1-də başlayacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər