Qızılın saxta olub-olmadığını necə yoxlayaq?
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial şəbəkələrdə qızıl məmulatlarının tərkibi ilə bağlı yayılan görüntülər müzakirələrə səbəb olub. İddialara görə, zərgərlərin aldığı 44 qramlıq qızıl məmulatının 20 qramdan çoxunun mis olduğu aşkarlanıb.
BAKU.WS Baku TV-ə istinadla xəbər verir ki, zərgər Şamil Zeynalovun sözlərinə görə, bu cür hallara təkcə qızılın tərkibinə mis qatılması halında deyil, digər materiallardan istifadə edilməsinə də rast gəlinir. O bildirir ki, bəzi məmulatların içərisi müxtəlif ərintilər, hətta şamla doldurularaq çəkisi artırılır. Zərgər belə hallardan birində 1 440 manat ziyana düşdüyünü deyir.
Bəs qızılın tərkibində bu qədər misin olması nə dərəcədə mümkündür?
Zərgər Şahin Əlipənahovun sözlərinə görə, bu, qızılın əyarından asılıdır. Belə ki, 585 əyarlı qızılın tərkibində təmiz qızılla yanaşı, müəyyən nisbətdə mis və gümüş də olur. Bu qatışıqlar məmulatın tələb olunan əyara uyğun hazırlanması üçün istifadə edilir.
Ş.Əlipənahov qeyd edir ki, Azərbaycanda qızıl məmulatlarının üzərində müvafiq əyar damğası olmalıdır. Bununla belə, qızılın həqiqiliyini yalnız zahiri görünüşünə əsasən müəyyənləşdirmək mümkün deyil. Hətta mütəxəssislər belə məmulatın saxta olub-olmadığını ilk baxışdan dəqiq müəyyən edə bilmirlər.
Oxşar xəbərlər
Azərbaycanda "Apple" istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) "Apple" şirkətinin məhsullarında aşkarlanmış təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə xəbərdarlıq edib. BAKU.WS x...