Moped və velosiped sürənlərə XƏBƏRDARLIQ
Yeniliklərdən dərhal xəbərdar olun
Bir gün ərzində moped və velosiped idarə edən iki gənc yol qəzasında həyatını itirib.
BAKU.WS xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Bildirilib ki, Siyəzən rayonunun Böyük Həmyə kəndində 17 yaşlı gəncin sürmə vərdişləri olmadığı halda moped idarə etməsi faciə ilə nəticələnib.
Digər hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. Gecə saat 23:50-də nəqliyyat axınının əks istiqamətində velosiped idarə edən Ülfət Hüseynovu naməlum avtomobil vurub. Hadisə yerindən yayınan VAZ markalı avtomobilin sürücüsü T.Bədəlov DYP əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Velosipedçinin həyatını xilas etmək mümkün olmayıb.
BDYPİ ikitəkərli nəqliyyat vasitələrini idarə edən şəxsləri yol hərəkəti qaydalarına ciddi əməl etməyə, sürmə vərdişləri olmadan moped və digər nəqliyyat vasitələrinin sükanı arxasına keçməməyə çağırıb.
İdarə təhlükəsizliyin təmin olunması üçün hər bir hərəkət iştirakçısının şəxsi məsuliyyətinin artırılmasının və qaydalara riayət edilməsinin vacibliyini vurğulayıb.
Oxşar xəbərlər
Qızılın saxta olub-olmadığını necə yoxlayaq?
Sosial şəbəkələrdə qızıl məmulatlarının tərkibi ilə bağlı yayılan görüntülər müzakirələrə səbəb olub. İddialara görə, zərgərlərin aldığı 44 qramlıq qızıl məmula...