Qarabağda BÖYÜK LAYİHƏ: 17.5 milyonluq memorial kompleks tikiləcək

Qarabağda BÖYÜK LAYİHƏ: 17.5 milyonluq memorial kompleks tikiləcək
Sosial 0

Füzuli şəhərində Memorial Kompleksin tikintisi həyata keçiriləcək.

BAKU.WS-in məlumatına görə, bununla bağlı "Əsaslı Tikinti və Təchizat" MMC tərəfindən satınalma elan edilib.

Layihənin ehtimal olunan qiyməti 17 milyon 505 min manat müəyyənləşdirilib.

Qeyd edək ki, Füzuli Memorial Kompleksinin inşası işğaldan azad edilmiş ərazilərdə tarixi yaddaşın qorunması, Vətən müharibəsi və həmin torpaqların azadlığı uğrunda aparılan mübarizənin gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyət daşıyır.

Layihənin reallaşdırılması Füzulidə memorial-turizm infrastrukturunun inkişafına, şəhərin ziyarətçilər üçün cəlbediciliyinin artırılmasına və bölgədə ictimai-mədəni həyatın canlanmasına töhfə verəcək. Eyni zamanda, kompleksin yaradılması tarixi hadisələrin və qəhrəmanlıq salnaməsinin gələcək nəsillərə çatdırılması üçün mühüm məkan formalaşdıracaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər