Azərbaycanda bəzi gömrük rüsumları artırılacaq

Azərbaycanda bəzi gömrük rüsumları artırılacaq
İqtisadiyyat 1576

 

"Bəzi gömrük rüsumlarının artırılması, bəzilərinin isə azaldılması mümkündür".

BAKU.WS-in Report-a istinadla verdiyi məlumata görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.

A.Əliyevin sözlərinə görə, Komitə bu məsələ ilə bağlı artıq hökumətə təkliflər göndərib: "Biz yerli istehsalı qorumaq niyyətindəyik. Buna görə də Azərbaycanda istehsal edilən məhsullara görə idxal rüsumlarının artırılması, istehsal edilməyən məhsullara görə isə rüsumların azaldılmasını təklif etmişik".

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər