"Asan xidmət"də Gömrüyün informasiya köşkləri quraşdırılacaq
Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") sədri İnam Kərimovla görüşüb.
DGK Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, tərəflər "ASAN xidmət" mərkəzləri vasitəsilə həyata keçirilən gömrük xidmətlərinin artırılması məsələlərini müzakirə ediblər. Görüşdə "elektron bəyanetmə”, "elektron ilkin bəyanetmə”, XİF iştirakçılarına idxal-ixrac əməliyyatları barədə rəsmi arayışların, müvəqqəti idxal olunan yüngül minik avtomobillərinin vaxtının uzadılması ilə bağlı müvafiq xidmətlərin bundan sonra komitə ilə yanaşı, "Asan xidmət" mərkəzləri vasitəsilə də həyata keçirilməsi barədə məsələlər müzakirə olunub.
Bundan başqa, tərəflər gələcəkdə "Asan xidmət" mərkəzlərində DGK-nin informasiya köşklərinin quraşdırılması barədə də razılıq əldə ediblər.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər barəsində ətraflı fikir mübadiləsi aparılıb.
BAKU.WS
Oxşar xəbərlər
"ASAN xidmət”də 5 gün qeyri-iş günüdür
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il ilə əlaqədar bütün "ASAN xidmət” mərkəzlərində 31.12.2015 - 4.01.2016-cı il tarixlərində qeyri-i...