“ASAN xidmət”dən əhalini sevindirəcək yeni xidmət
Ümumvətəndaş pasportları qeydiyyat məhdudiyyəti olmadan "ASAN xidmət”də veriləcək.
"ASAN xidmət”dən BAKU.WS-ə verilən məlumata görə, 3 noyabr 2015-ci il tarixindən etibarən Azərbaycan Respublikasının vətəndaşları ölkə üzrə qeydiyyat məhdudiyyəti olmadan istənilən "ASAN xidmət” mərkəzlərinə müraciət edərək ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidmətindən yararlana biləcəklər.
Vətəndaşlar "ASAN xidmət" mərkəzlərində göstərilən xidmətlər barədə ətraflı məlumatı 108 Çağrı mərkəzi, www.asan.gov.az internet və sosial şəbəkələrdəki rəsmi səhifələrdən əldə edə bilərlər.
Qeyd edək ki, "ASAN xidmət" mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
"ASAN xidmət" mərkəzləri 2 gün işləməyəcək
24-25 sentyabr tarixlərində Qurban bayramı ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Ag...