Bu gün “ASAN ödəniş” sistemi 6 saat işləməyəcək

Bu gün “ASAN ödəniş” sistemi 6 saat işləməyəcək
Sosial 786
 

"ASAN ödəniş” sistemi bir neçə saat işləməyəcək.

BAKU.WS-in məlumatına görə, bu gün saat 09:00-dan 15:00-a kimi görülən profilaktik tədbirlər ilə əlaqədar "ASAN xidmət” mərkəzlərində və ictimai yerlərdə qurlaşdırılmış "ASAN ödəniş” terminalları xidmət göstərməyəcək.

Vətəndaşların qeyd olunan müddət ərzində www.asanpay.az  portalı üzərindən ödənişləri həyata keçirməsi də mümkün olmayacaq. 

Qeyd edək ki, "ASAN ödəniş” sistemi vasitəsi ilə vətəndaşlar  inzibati cərimələr və məhkəmə qərarlarının icrası üzrə ödənişləri terminallar və www.asanpay.az portalı vasitəsi ilə həyata keçirə bilərlər. İlkin mərhələdə yalnız Yol Hərəkəti Qaydalarının (YHQ) pozulmasına görə cərimələrin ödənişi mümkündür.

ŞAHİN Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Bu “ASAN xidmət” mərkəzi 2 gün işləməyəcək

Bu “ASAN xidmət” mərkəzi 2 gün işləməyəcək

1 saylı Bakı "ASAN xidmət” mərkəzi 2 gün işləməyəcək. "ASAN xidmət" mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, 12-13 sentyabr tarixlərində Nərimanov rayonu,...

1339 Şou-biznes 16:19 10 sentyabr 2015

Son xəbərlər