Bakıda bu “ASAN xidmət” mərkəzi iki gün işləməyəcək

Bakıda bu “ASAN xidmət” mərkəzi iki gün işləməyəcək
Sosial 1091

 

Avqustun 8-i və 9-da 4 saylı Bakı "ASAN xidmət” mərkəzi görülən profilaktik tədbirlər ilə əlaqədar xidmət göstərməyəcək.

"ASAN xidmət” mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, vətəndaşlar qeyd olunan tarixlərdə hazır sənədlərlə bağlı əvvəlki qaydada mərkəzə müraciət edə biləcəklər. Sənəd qəbulu ilə bağlı isə Nizami rayonu, Heydər Əliyev  prospekti  115 ünvanında yerləşən 5 saylı Bakı "ASAN xidmət” mərkəzinə müraciət edərək xidmətlərdən yararlanmaq mümkündür. Bundan başqa, xidmətlərlə bağlı digər mərkəzlərimiz də fəaliyyətini davam etdirir. 

Qeyd edək ki, "ASAN xidmət" mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir. 

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

İpoteka kreditini kimlər ala bilər?

İpoteka kreditini kimlər ala bilər?

Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan müşavirəsində i...

3072 İqtisadiyyat 17:21 04 avqust 2015

Son xəbərlər