İpoteka kreditini kimlər ala bilər?
Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan müşavirəsində ipoteka ilə bağlı tapşırıqlar vermişdi. Dövlət başçısının ipoteka kreditləşməsi ilə bağlı dövlət büdcəsindən əlavə 200 milyon manatın vəsaitin ayrılacağını söyləməsi insanlarda böyük marağa səbəb olub.
Oxucularımızın çox saylı xahişi ilə BAKU.WS Azərbaycan İpoteka Fondunun vəsaiti hesabına verilən ipoteka kreditlərinin tələblərini sizə təqdim edir:
Kredit Azərbaycan manatı ilə verilməlidir;
Kredit Azərbaycan Respublikasının vətəndaşına verilməlidir;
İpoteka predmeti yalnız mənzil və ya fərdi yaşayış evi ola bilər;
Kreditin məbləği kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən daşınmaz əmlakın bazar qiymətinin 80%-dən çox olmamalıdır;
İpoteka kreditləri üzrə ödəniləcək aylıq məbləğ borcalanın (borcalanların) aylıq məcmu gəlirinin 70%-dən çox olmamalıdır;
Borcalanın (birgə borcalanın) və onun ailəsinin həyatı və fəaliyyəti ilə əlaqədar müntəzəm ödənişlər hər bir ailə üzvünün saxlanılması üçün xərc ölkə üzrə müəyyən olunmuş yaşayış minimumundan az götürülə bilməz.
Kreditin son ödəniş tarixinə borcalanın yaşı qanunvericiliklə müəyyən olunmuş pensiya yaş həddindən çox olmamalıdır;
Kredit daşınmaz əmlakın ipotekası ilə təmin olunmalıdır;
İpoteka ilə yüklü edilən daşınmaz əmlak AİF tərəfindən təsdiq olunmuş siyahıya daxil olan və onunla əməkdaşlığa dair müqavilə bağlamış müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilməlidir;
İpoteka saxlayanın hüquqları qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmalıdır;
Kredit üzrə əsas borc və hesablanmış faizlər hər ay bərabər hissələrlə (annuitet ödənişlər) ödənilməlidir;
İpoteka ilə yüklü edilmiş daşınmaz əmlakın bazar qiyməti əsas götürülərək ipoteka ilə təmin edilən kreditin həcmindən az olmamaq şərtilə sığortalanmalıdır;
Həyat sığorta müqaviləsi. Birgə borcalanların həyat sığortası onların ipoteka kreditinin məbləği hesablanarkən gəlirlərinin xüsusi çəkisinə proporsional qaydada aparılmalı və birgə borcalanların həyat sığortasının ümumi məbləği ipoteka krediti məbləğindən az olmamalıdır;
AİF tərəfindən müəyyən olunan digər tələblər.
İpoteka kreditləri üzrə güzəştlərdən aşağıdakı şəxslərin istifadə etmək hüququ vardır:
Gənc ailənin üzvü olan aşağıdakı şəxslər:
Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);
Milli Qəhrəman (özü, əri/arvadı, övladları);
Məcburi köçkün və ya ona bərabər tutulan şəxs;
Üç ildən az olmayan müddətdə dövlət qulluqçusu işləyən şəxs;
Elmlər namizədi və ya doktoru elmi dərəcəsi olan şəxs;
İdman sahəsində xüsusi xidmətləri olan şəxslər (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçıları (I, II və III yerlər);
Üç ildən az olmayan müddətdə hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), eləcə də ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları.
"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara ipoteka krediti üzrə güzəştlər şamil olunmur.
Qeyd edək ki, ipoteka kreditləri üzrə güzəştlərdən istifadə etmək hüququ olan hər bir ailə (şəxs) bu güzəştlərdən yalnız bir dəfə istifadə edə bilər.
Ipoteka kreditinin hazırki şərtləri
Azad Əliyev
BAKU.WS
Oxşar xəbərlər
Səyyar ASAN bu rayonda
Səyyar ASAN Buzovna rayonunda vətəndaşlara xidmət göstərəcək. ASAN Xidmətdən BAKU.WS-ə verilən məlumata görə, Bakı şəhərinin sakinləri 1-10 avqust tarixlərind...