AZTV Ilham Əliyevə məktub yazdığına görə işdən çıxarılan jurnalistlə bağlı məlumat yaydı

AZTV Ilham Əliyevə məktub yazdığına görə işdən çıxarılan jurnalistlə bağlı məlumat yaydı
Sosial 4560

Azərbaycan Teleradio Verilişləri QSC İctimai-Siyasi Proqramlar Baş Redaksiyasının əməkdaşı Ağanisə Sultanovanın işdən çıxarılması ilə bağlı xəbərlərə münasibət bildirib. 

AZTV-nin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, 2015-ci il iyulun 31-də AzTV-nin bəzi əməkdaşlarının, o cümlədən Ağanisə Sultanovanın əmək müqaviləsinin müddəti başa catır. Buna görə də, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b” bəndinə əsasən, onların əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, bunadək Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AZTV) redaktor vəzifəsində çalışmış Ağanisə Soltanova telekanalın sədri Arif Alışanovdan dövlət başçısına etmişdi. 

Ağanisə Soltanova prezidentə müraciətində işdən qanunsuz çıxarılmasını iddia edərək Arif Alışanov barədə tədbir görülməsini xahiş edib.  

Müraciətin tam mətnini təqdim edirik: 

"Azərbaycan Prezidenti Cənab İlham Əliyevə! Bütün Dəyərli Həmkarlarımın Diqqətinə! AzTV sədri Arif Alışanov Prezidentə Müraciətimin "cavabı" olaraq məni qanunsuz olaraq işdən çıxarib(????). Səbəb isə Cənab Prezident məni evlə təmin edəndən sonra 2 ildir şüurlu şəkildə Arif Alışanov tərəfindən AzTV-də qarşılaşdığım haqsızlıqlar, ədalətsizliklər, əmək haqqımın kəsilməsidir. Məni işdən çıxarmaq isə o anlama gəlir ki, Arif Alışanov özünü Möhtərəm Cənab Prezident İlham Əliyevdən "güclü" və "toxunulmaz" hesab edir(?). Cənab Prezident dəfələrlə bəyan edib ki, ona müraciət etmək hər bir Azərbaycan vətəndaşının borcudur! Dəyərli Həmkarlarım, hamınızdan ədalətsizliklə, haqsızlıqla üz-üzə qaldığım vaxtda dəstək olmağınızı xahiş edirəm!” 

BAKU.WS

Oxşar xəbərlər

TQDK qəbul elan edir

TQDK qəbul elan edir

Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul elan edilir. Azərbaycan Respublikasının ali təhsil müəs¬sisələrinin magistratura...

2596 Şou-biznes 17:43 28 iyul 2015

Son xəbərlər