TQDK qəbul elan edir

TQDK qəbul elan edir
Şou-biznes 2596

Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul elan edilir. 

Azərbaycan Respublikasının ali təhsil müəs¬sisələrinin magistraturalarının boş qalan yerlərinə qəbul 2015-ci il fevralın 22-də və aprelin 26-da keçirilmiş ikimərhələli qəbul imtahanında toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır.

TQDK-nın mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, cari ildə ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub qeydiyyatdan keçən bakalavrların boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur.

Bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün 2015-ci il 29 iyul saat 10.00-dan 05 avqust saat 10.00-dək TQDK nın internet saytının müvafiq səhifəsinə daxil olub, seçdiyi ixtisaslaşmaların kodlarını "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə qeyd edib təsdiqləməlidirlər.

Bakalavrlar TQDK-nın yeni virtual ödəmə kartını almalı və ixtisaslaşma seçimini təsdiq etmək üçün həmin kartın şifrindən istifadə etməlidirlər.

Boş qalan yerləri olan ixtisaslaşmaların siyahısı "Magistr” jurnalının 6-cı sayında dərc olunub. Hər bir bakalavr imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq olan 20-dək ixtisaslaşma kodunu seçə bilər.

Bakalavr ixtisaslaşma kodlarının sayını və ardıcıllığını istədiyi kimi seçib ərizəsində göstərir. Se¬çilmiş ixtisas¬laşmaların ərizə for¬ma¬sında göstərilən ardı¬cıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keç¬diyi ixtisaslaşmaların bi¬rin¬cisinə yer¬ləş-dirilir.

Dövlət hesabına magistraturada təhsil almış magistrlər dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüv¬və¬¬də olan qanunvericilik¬də və dövlətlərarası razılaş-malar¬da digər hallar nəzərdə tutul¬mayıbsa, dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər.

Bakalavrlar TQDK-nın nəşrlərinin elektron versiyalarının onlayn satışı sistemindən istifadə edərək kredit kartı vasitəsilə ödəniş etməklə "Magistr” jurnalının 6-cı sayının elektron versiyasını da əldə edə bilərlər.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər