Azərbaycanda kişi maaşa görə özünü yandırdı

Azərbaycanda kişi maaşa görə özünü yandırdı
Hadisə 8503

Azərbaycanda maaşını ala bilməyən kişi özünü yandırdı. İyul ayının 22-si özünə od vuran 1955-ci il təvəllüdlü Məhəmməd Əliyev bu gün səhər saatlarında Respublika Yanıq Mərkəzində keçinib.

BAKU.WS xəbər verir ki, mərhumun bacısı Zemfira Əliyeva ANS PRESS-ə bildirib ki, qardaşının özünü yandırmasına səbəb 7 ildir işlədiyi inşaat şirkətindən son 6 ayda maaşını ala bilməməsi olub. 

"Məvacibini ala bilməyən Məhəmməd şirkətin Sumqayıtda yerləşən ofisinə gedib. Ofisdə şirkətin rəhbər işçiləri ilə Məhəmməd Əliyev arasında mübahisə yaranıb". 

Bu mübahisədən sonra M.Əliyev ofisin həyətində üzərinə benzin tökərək özünü yandırıb.

Ofis işçilərinin köməyi ilə alov söndürülüb və o dərhal Sumqayıt xəstəxanasına gətirilib. Bədəninin 85%-i yanmış Məhəmməd bir neçə gün xəstəxanada qalıb. 

Həkimlər onun vəziyyətinin ağırlaşdığını görərək iyulun 25-də Bakıda yerləşən Respublika Yanıq Mərkəzinə göndəriblər. 

Yanıq mərkəzində 2 gün qalan Məhəmməd Əliyev bu gün səhər saatlarında xəstəxanada dünyasını dəyişib.

Artıq iş Sumqayıt şəhər prokurluğunda araşdırlmağa başlayıb. Prokurorluğun əməkdaşları xəstəxanaya da gəliblər. 

Faktla bağlı Sumqayıt Şəhər Prokurorloğunda cinayət işi açılıb, araşdırma aparılır.

Oxşar xəbərlər

Təhsil Nazirliyi imtahanlarla bağlı yeni məlumat yaydı

Təhsil Nazirliyi imtahanlarla bağlı yeni məlumat yaydı

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu ilə bağlı müsabiqə barədə yeni məlumat yayıb. Artıq bir həftədir davam edən müsabiqə çərçivəsində 14 fənn üzrə test imt...

5325 Şou-biznes 17:11 27 iyul 2015

Son xəbərlər