Evlənməyə hazırlaşanlara sevindirici xəbər

Evlənməyə hazırlaşanlara sevindirici xəbər
Şou-biznes 2071

 

Artıq nikah üçün tələb olunan tibbi arayışı "ASAN xidmət” mərkəzindən əldə etmək mümkün olacaq. 

BAKU.WS-in məlumatına görə, nikaha daxil olmaq istəyən vətəndaşlar tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı pilot layihə çərçivəsində 5 saylı Bakı "ASAN xidmət” mərkəzində fəaliyyət göstərən Respublika Diaqnostika Mərkəzindən əldə edə bilərlər.

Arayışın əldə edilməsi üçün zəruri olan sənədlər:

- Nikaha daxil olmaq istəyən şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər;

- Nikahın qeydə alınması üçün doldurulmuş ərizə-anketin surəti.

Vətəndaşların tibbi müayinədən keçdiklərini təsdiq edən arayış 5 iş günü müddətində verilir və bunun üçün dövlət rusumu ödənilmir.

Qeyd edək ki, yalnız "ASAN xidmət” mərkəzləri daxilində nikaha daxil olmaq istəyən şəxslər bu xidmətdən yararlana biləcəklər.

BAKU.WS

Oxşar xəbərlər

İmtahan nəticələri açıqlandı

İmtahan nəticələri açıqlandı

Abituriyentlər üçün "Jurnalistika” ixtisasına keçirilmiş qabiliyyət imtahanının nəticələri açıqlanıb. BAKU.WS-in Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK)...

1381 Şou-biznes 16:31 03 avqust 2015

Son xəbərlər