Tarif Şurası dərmanların qiymətini azaltdı (CƏDVƏL)

Tarif Şurası dərmanların qiymətini azaltdı (CƏDVƏL)
Sosial 4677

2015-ci il 30 iyul tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilmiş və dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinə başlanılıb. 

Tarif Şurasından BAKU.WS-ə verilən məlumata görə, iclasda ilk mərhələdə həyati vacib və daha çox tələbat olan 25 təsiredici maddə üzrə 250-dən çox dərman vasitəsinin qiyməti təsdiq edilmişdir. Qərara əsasən, həmin dərman vasitələrinin qiymətləri, eləcə də rəqabət mühitinin pozulmaması üçün bu dərmanlarla eyni təsiredici maddəyə malik olan digər dərman vasitələrinin qiymətləri 2015-ci il 15 sentyabr tarixindən qüvvəyə minəcəkdir. Həmin tarixdən etibarən Şuranın qərarında göstərilən 25 təsiredici maddə üzrə qiymətləri təsdiq edilməyən dərman vasitələrinin satışı həyata keçirilə bilməz. Bu təsiredici maddələr üzrə qiymətləri təsdiq edilməyən digər dərman vasitələrinin qiymətlərinin təsdiqlənməsi üçün sənədlərin (bəyannamələrin) qəbulunun son müddəti 2015-ci il avqust ayının 10-dək müəyyən edilmişdir.

Hazırkı qiymətlərə nisbətən qiymətləri tənzimlənmiş dərman vasitələrinin 20 faizinin qiyməti 3 dəfədən, 40 faizdən artıq dərman vasitəsinin qiyməti isə 2 dəfədən çox, ümumilikdə isə qiymətləri tənzimlənmiş dərman vasitələrinin 90 faizinin qiymətləri enmişdir.

Dərman vasitələrinin mövcud və Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətlərinin müqayisəli cədvəli məlumata əlavə olunur.

Tarif (qiymət) Şurasının qərarı saytın "Şuranın Qərarları" bölməsində yerləşdirilmişdir.

Azad Əliyev

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər