Bakı metrosunda basabas başladı
Bu gündən etibarən Bakı Metropolitenində "MetroKart”a gediş haqlarının yüklənməsi dayandırılıb.
BAKU.WS-in məlumatına görə, gediş haqqı yükləyə bilməyən sərnişinlər kartlarını dəyişdirmək məcburiyyətində qalıb. Məhz buna görə, terminallar qarşısında sıxlıq yaranıb.
Əgər köhnə kartda gediş haqqı varsa, həmin məbləğdən sentyabrın 30-dək istifadə etmək olar. Amma "MetroKart”ın istifadəsi yalnız sentyabr ayının 30-dək qüvvədədir. Oktyabrın 1-dən etibarən isə "MetroKart”ın istifadəsi dayandırılacaq. Sərnişinlər yalnız yeni nağdsız ödəniş kartlarından istifadə etməklə metroda hərəkət edə bilərlər.
Yeni vahid ödəniş kartları iki növdə tətbiq edilir: "BakıKART” və "BakıKART Məhdud istifadə üçün” kartları. Bu kartları metropolitendə bütün stansiyaların vestibüllərində və paytaxt dayanacaqlarında quraşdırılmış yeni terminallardan əldə etmək mümkündür.
Qiymətlərə gəlincə, "BakıKART”ın (plastik kart) satışı 2 manat, "BakıKART Məhdud istifadə üçün” kartının satışı isə 20 qəpikdir. Bir gediş haqqının qiyməti dəyişməyib. Sərnişinlər hər gediş üçün 20 qəpik yükləyirlər. "BakıKART Məhdud istifadə üçün” kartı isə, əsasən şəhərimizin qonaqları, turistlər və metrodan az istifadə edənlərə sərf edər. Bu növ karta yalnız satın alındığı zaman 1, 2, 3 və ya 4 gediş yükləmək mümkündür. Onun balansının artırılması mümkün deyildir.
Hər iki növ kart heç bir halda geri qaytarılmır.
Sentyabrın 30-dan "METRO KART”ın istifadəsi dayandırılacaq və onu istifadə etmək mümkün olmayacaq. Onu da əlavə edək ki, "METRO KART” və "BakıKART»larla əlaqəli yaranmış problemlə bağlı "20 Yanvar”, "Cəfər Cabbarlı”, "Nəriman Nərimanov” və "Neftçilər” stansiyalarında fəaliyyətdə olan "KART-ANALİZ” mərkəzlərinə, yaxud *4343 telefon nömrəsinə və ya www.bakikart.az veb səhifəsinə müraciət edə bilərsiniz.
ŞAHİN Həbibov
Ayşən Ayxan
BAKU.WS
Oxşar xəbərlər
Bakı metrosunda sərnişinlər etiraz edir
Bakı Metropoliteni stansiyasına daxil olmaq üçün satışa çıxarılan "BakıKart" və "BakıKart Məhdud istifadə üçün" kartları sərnişinlər üçün problemlər yaradıb. B...