Bakı metrosundan sərnişinlərə xəbərdarlıq
Bakı metropolitenində köhnə metro kartlarının geri qaytarılması və satışı bun gün 2015-ci il tarixi gecə saat 00:00-dan etibarən dayandırılacaq.
Bu barədə "Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev BAKU.WS-ə açıqlamasında bildirib. "Sərnişinlərin çoxsaylı müraciətlərini nəzərə alaraq "Bakı Metropoliteni” QSC bir daha bəyan edir ki, mövcud metro kartlarının geri qaytarılması (girov dəyərinin geri alınması məqsədilə) və satışı 15 avqust 2015-ci il tarixi gecə saat 24:00-dan etibarən dayandırılacaq”, - deyə Nəsimi Paşayev bildirib. Qurum rəsmisinin sözlərinə görə, avqust ayının 31-nə kimi isə metro kartlarının girov dəyərinin həmin karta yüklənməsi, eləcə də yeni gediş haqqı yüklənməsi əməliyyatları davam edəcək: "1 sentyabrdan 30 sentyabra qədər isə mövcud metro kartlarından sadəcə balansında olan gediş haqqından istifadə etmək imkanı olacaq. Yəni gediş haqqı yüklənməyəcək, depozit dəyəri geri qaytarılmayacaq. Metro kartının depozit dəyəri və balansı isə 30 sentyabra qədər yeni alınan Bakıkarta transfer edilə bilər”. Ayşən Ayxan BAKU.WS
Oxşar xəbərlər
Metroda 88 mindən çox "Bakıkart" satılıb
Bakı metrosunda gələn ayın sonuna qədər bütün köhnə aparatlar yığışdırılacaq. Bu barədə Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev BAKU.W...