Bakı Metrosunda uzun növbələr yarandı (FOTO)

Bakı Metrosunda uzun növbələr yarandı (FOTO)
Hadisə 2700

Bu gündən Bakı Metropoliteni stansiyasılarına daxil olmaq üçün vahid ödəniş kartı kimi "BakıKart" və "BakıKart Məhdud istifadə üçün" kartların istifadəsinə başlanılır.   BAKU.WS-in verdiyi məlumata görə, bu səbəbdən metronun demək olar bütün stansiyalarında sərnişin sıxlığı yaranıb. Sərnişinlərin çoxu köhnə "Metrokart”larını təhvil verib, yeni "BakıKart” almağa çalışırlar. Elə ona görə də, səhər saatlarından metroda quraşdırılan yeni "BakıKart” yükləmə aparatlarının qarşısında böyük növbələr yaranıb. Sərnişinlərin çoxluq təşkil etmə səbəblərindən biri də stansiyaların girişində pul yükləmə aparatların tək olmasıdır. Sərnişinlərin bəziləri köhnə "metrokart”larının blok olmasından şikayət edirlər. Bakı Metropolitenindən isə bildirdilər ki, bəzən belə problemlər olur. Bu zaman metronun "28 may” stansiyasındakı kartların analizi və qəbuilu şöbəsinə yaxınlaşıb, məsələni həll etmək lazımdır. Bu gün "BakıKart”ın istifadəyə düşməsindən sonra məlum oldu ki, "metrokart”laerına verilən 2 manat girov pulu onun içənə yüklənib. Sərnişin həmin pulu istifadə etdikdən sonra kartı ata bilər. Çünki mertokart daha işləməyəcək. Yaxud da, sərnişin yeni "BakıKart” ala bilər və köhnə kartı təhvil verib, onun müqabilində 2 manatlıq gediş yüklədə bilər. Sərnişinlərdə yaranmış problemli suallara cavab vermək və onlara kömək etmək məqsədilə "28 may” stansiyasında könüllülər işləyir. Könüllü gənclrə sərnişinlərə yardım edir, onların suallarını cavablandırırlar. Qeyd edək ki, "BakıKart"ın (plastik kart) qiyməti 2 manatdır və 1 gediş haqqının qiyməti isə 0,20 manatdır. Terminallarda kartın balansını artırmaq mümkündür. Bu növ kart yuxarıda adları çəkilən nəqliyyat vasitələrində daimi istifadə edən sərnişinlər üçün nəzərdə tutulub. "BakıKart Məhdud istifadə üçün" kartın qiyməti də 0,20 manatdır. 20 qəpik dəyərində olan müvəqqəti kartlar kağız formasındadır. Bu kartlar metrodan az istifadə edənlər və Bakıya qonaq gələnlər üçün nəzərdə tutulub. "BakıKart" və "BakıKart Məhdud istifadə üçün" kartlarından istifadə olunduğu gündən 45 gün ərzində yalnız 4 dəfə istifadə etmək mümkündür. Sentyabrın 30-a qədər köhnə metro kartları da istifadə olunacaq.   Avqust ayının 15-ə kimi köhnə meto kartlarını geri qaytarmaq olar. Avqustun 15-dən sonra köhnə kartların sərnişinlərə satışı dayanacaq. Yeni kart alanda köhnə kartdakı pul həmin karta köçürüləcək.   "BakıKart" və "BakıKart Məhdud istifadə üçün" kartları heç bir halda geri qaytarılmır. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər