Habil Əliyevin vəziyyəti pisləşdi, həkimlər onun həyatını xilas etməyə çalışırlar
Azərbaycanın xalq artisti, məşhur kaman ustası Habil Əliyevin vəziyyəti qəfil pisləşib. Qonşularının BAKU.WS-ə verdiyi məlumata görə, gecə saatlarından xalq artistinin səhhətində problemlər yaranıb. Onun üçün bir neçə dəfə həkim çağırılıb. Hazırda Abbas Səhhət küçəsi 59/61, mənzil 88 ünvanında yaşayan Habil Əliyevin həyatını xilas etmək üçün həkimlər əllərindən gələni edirlər. Habil Əliyev 28 may 1927-ci ildə Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub. Yeddi yaşında ikən rayon mərkəzindəki 3 saylı yeddiillik Ağdaş musiqi məktəbinə qəbul olub. Elə həmin vaxtdan da meylini kamana salıb. Yeddinci sinifi və həm də musiqi məktəbini bitirəndən sonra pedaqoji məktəbə daxil olub Habil Əliyev 1952-ci ildə Bakıya gəlib Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsinə daxil olub. Görkəmli tarzən Qurban Pirimovdan və məşhur müğənni Xan Şuşinskidən muğam sənətinin sirrlərini öyrənməyə başladı. Habilin ifaçılığı bəstəkar Soltan Hacıbəyovun da diqqətindən yayınmamışdı. Bəstəkar, Habilin potensial imkanlarını nəzərə alıb ona filarmoniyada işləməyi məsləhət görüb. O vaxtlar filarmoniyanın direktoru olan Şəmsi Bədəlbəyli, bədii rəhbər Soltan Hacıbəyov, Niyazi, Səid Rüstəmov Habilin ifasında bir muğama və xalq mahnısına qulaq asdılar və çox razı qaldılar. Beləliklə, Habil Əliyev 1953-cü ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında əvvəlcə rəqs ansamblında müşayiətçi, sonra isə trioda kamança çalan kimi fəaliyyətə başlayır. Seyid Şuşinski, Həqiqət Rzayeva, Xan Şuşinski, Zülfü Adıgözəlov, Mütəllim Mütəllimov, Şövkət Ələkbərova, Sara Qədimova, Fatma Mehrəliyeva kimi sənətkarların konsertlərində müşayiətçi olan Habil Əliyev həvəslə onların ölməz irsindən bəhrələnir, daha səylə çalışır, saatlarla məşqdən yorulmurdu. Habil Əliyev 1954-cü ildə Şərqiyyə xanım ilə ailə həyatı qurub, üç qız və bir oğul atasıdır Habil Əliyev 1964-cü ildə Azərbaycan SSR Əməkdar artisti, 1978-ci ildə — 29 iyun 1964 Azərbaycan SSR Xalq artisti adı il təltif olunub. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda qardaş qardaşı baltalayaraq öldürüb
Beyləqanda qətl törədilib. BAKU.WS xəbər verir ki, yerli sakinlərin APA-ya verdiyi məlumata görə, hadisə bu gün rayonun 1-ci Şahsevən kəndində qeydə alınıb. Kə...