Ağır qəza törədən idmançı "Range Rover"i 150 ilə sürürmüş (FOTO)
Avqustun 2-də Bakının Sabunçu rayonu, Bilgəh-Nardaran yolunda baş verən zəncirvari yol qəzasında "Range Rover” markalı 90 KX 010 nömrə nişanlı avtomobilin sürücüsünün hadisədən sonra qaçdığı bildirilirdi. Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə deyilirdi ki, guya qəzaya səbəb olan "Range Rover” markalı avtomobilin sürücüsü hansısa məmurun oğludur. Onun qəzadan sonra ölkədən qaçması barədə məlumatlar da yayılmışdı. Bütün məlumatlara aydınlıq gətirmək üçün əvvəlcə qəzaya səbəb olan "Range Rover” markalı avtomobilin sürücüsünün müəyyənləşdirdik. BAKU.WS-in əldə etdiyi məlumata görə, qəzaya səbəb olan sürücü peşəkar idmançı, taekvondo üzrə beynəlxalq yarışların qalibi Fəqan Umudovdur. Hazırda o, Taekvando Federasiyasında kurator vəzifəsində çalışır.
Baş verən qəzadan sonra sürücünün qaçmasına gəlincə, əslində Fəqan Umudov hadisə yerindən qaçmayuıb. Bu barədə Taekvando üzrə Gənclərdən ibarət Yığma Komandanın baş məşqçisi, Fəqan Umudovun yaxın dostu Mamed Abdullayev BAKU.WS-ə açıqlamasında bildirib. Mamed Abdullayevin sözlərinə görə, əslində Fəqan Umudov deyildiyi kimi avtomobili 200 ilə yox, 140-150 km sürətlə sürürmüş."Bu qəza hamının başına gələ bilər. Qəflətən idarəetməni itirib və qəza baş verib. Hadisə zamanı Fəqan başından ağır yaralanıb. Lakin hadisə yerindəön qaçmayıb. Kimliyi barədə polisə məlumat verib və sonradah onu xəstəxanaya aparmışıq. Hadisə barədə xəbər tutan kimi ora ilk mən getdim. Şəxsən özüm onu xəstəxanaya aparmışam. Əslində Fəqan məmur övladı deyil. Azərbaycanı tanıdan idmançıdır. Mən qəzada həlak olanların ailələrinə başsağlığı verirəm”, - deyə Mamed Abdullayev bildirib.
Hadisəni araşdıran müstəntiq Asəf Məmmədovun BAKU.WS-ə verdiyi məlumata görə, həqiqətən də, Fəqan Umudov qəzadan sonra qaçmayıb. Ağır yaralı olduğu üçün onu 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdiriblər. Şöbənin müdiri Əmrəli Yusifovun BAKU.WS-ə verdiyi məlumata görə, xəstə daxil olarkən çox ağır vəziyyətdə olub. Komada olduğu kimi dərhal süni nəfəs aparatına qoşulub "Xəstə dünən özünə gəlib. Bacardığımızı etdik. Hazırda xsətənin həyatı üçün təhlükə sovuşub. Vəziyyəti orta-ağırdır”, - deyə Əmrəli Yusifov bildirib.
Qeyd edək ki, baş verən yol qəzası barədə ilk dəfə BAKU.WS məlumat vermişdi. http://az.baku.ws/incident/81-1bakda-dhtli-yol-qzas-surucu-manda-yand-video.html
Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Hacı İbrahim: "Sentyabr ayında 50 milyon ödəyəcəyəm "
"Əslində məni yox, şirkətin əməkdaşlarını Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinə ("Bandotdel”) dəvət ediblər. Biz kredit...