Bakıdan Qubaya toya gedənlər yasa batdılar: 5 ölü, 1 yaralı
Bakı-Quba yolunda 5 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin "112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Quba yolunun 45-ci kilometrliyində "Opel” markalı minik avtomobili yolun kənarında hərəkətsiz dayanan "Mercedes” markalı yük avtomobilinə çırpılıb. Nəticədə deformasiyaya uğramış "Opel” markalı minik avtomobilin 5 nəfərin sərnişini aldığı müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində ölüb. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və 5 nəfərin cəsədi avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Araşdırmalar zamanı ölən şəxslərin kimliyi məlum olub. "Opel” markalı avtomobildə olan 1994-cü il təvəllüdlü Əli Xanlar oğlu Əliyev, 1996-cı il təvəllüdlü Məhəmməd Xanlar oğlu Əliyev, 1993- cü il təvəllüdlü Tural Məhəbbət oğlu Rzayev, 1970- ci il təvəllüdlü Xanlar Əziz oğlu Əliyev və 1977-ci il təvəllüdlü Sabir Aslan oğlu Əliyevdir. Qəza zamanı həmin avtomobildə olan 2004-cü il təvəllüdlü Rəvan Sabir oğlu Əliyev ağır yaralanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Araşdırmalar zamanı o da məlum olub ki, "Opel” avtomobildə olanlar Quba rayonuna toya gedirlərmiş. Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Bakı çimərliklərində skuter qadağası
Ötən il Novxanı çimərliyində faciəvi hadisə baş vermişdi. Çimərlikdə çimən 14 yaşlı uşağı skuter vurmuşdu. Nəticədə uşağın üzü parçalanmışdı. Fövqəladə Hallar...