Bakı bulvarından 65 metrlik yaxta oğurlanıb
29
iyl
2015
21:56
Yaxtanın sahibi polisə müraciət edib
Bakı bulvarından yaxta oğurlanıb. BAKU.WS-ın məlumatına görə, polisə müraciət edən 1967-ci il təvəllüdlü Abdullayev Füzuli Daşdəmir oğlu Yaxt Klubda saxladığı katerinin naməlum şəraitdə yoxa çıxdığını bildirib. Şikayətçi qeyd edib ki, katerinin uzunluğu 65 metrə yaxındır və bu gəmi onun şəxsi mülkiyyətində olub. Həmçinin o da qeyd edilib ki, yaxta 2006-cı ilin iyun ayından Yaxt klubun ərazisində müqaviləsiz əsaslarla saxlanırmış.
F.Abdullayev şəxsi gəzinti gəmisinin tapılmasını xahiş edib.
Qeyd edək ki, F.Abdullayev biznesmendir.
Oxşar xəbərlər
Bakıda özünü yandıran şəxslə bağlı rəsmi məlumat
"Bu günlərdə Ağdam rayonundan olan məcburi köçkün Nəsirov Sahib İsmayıl oğlu içkili vəziyyətdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin...