Tacir Şahmalıoğlunun batan qardaşı ilə bağlı son məlumat (FOTO)

Tacir Şahmalıoğlunun batan qardaşı ilə bağlı son məlumat (FOTO)
Hadisə 6090

Ötən gün Novxanı çimərliyində batan tanınmış müğənni Tacir Şahmalıoğlunun qardaşı 36 yaşlı Mahir Allahverdiyevin cəsədi hələ də tapılmayıb. 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularında Xilasetmə Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, bu saatlarında axtarışlar davam edir. 

Dövlət Xidmətindən bildirilib ki, Mahir Allahverdiyev və onunla birgə iki nəfər skuterə (su motosikleti-red.) minərək Novxanı çimərliyindən dənizin içinə doğru 5 km. irəliləyiblər. "Qəfil skuter çevrilib. İçərisindəki 2 nəfərdə xilasedici jilet olub. Lakin Mahir Allahverdiyevin xilasedici jileti olmayıb”, - deyə xidmətdən bildirilib. 

Qanunla çimərlik ərazisində skuter ilə hərəkət etmək qadağandır. Skuteri 18 yaşı tamam olan və sürücülük vəsiqəsi olan insan idarə etməlidir. Hadisə ilə bağlı müğənni Tacir Şahmalıoğlu bildirib ki, qardaşı 36 yaşlı Mahir Allahverdiyev Novxanı çimərliyinə dostları ilə birlikdə gedib. Müğənninin sözlərinə görə, Mahir Allahverdiyevin 2 azyaşlı övladı var. Mahir Allahverdiyev Tacir Şahmalıoğlunun kiçik qardaşıdır.

Allah rəhmət eləsin!

 

Səccad  

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda ər keçmiş arvadının başını kəsdi

Azərbaycanda ər keçmiş arvadının başını kəsdi

Kürdəmir rayonunda dəhşətli cinayət baş verib. BAKU.WS lent.az-a istinadən xəbər verir ki, rayonun Sığırlı kəndində 1984-cü il təvəllüdlü Rüstəmov Elman Polad o...

8174 Hadisə 10:37 31 iyul 2015

Son xəbərlər