Rövşən Lənkəranski ən yaxın adamını həbsxanadan çıxartdırır

Rövşən Lənkəranski ən yaxın adamını həbsxanadan çıxartdırır
Hadisə 9224

Azərbaycanlı "qanuni oğru” Rövşən Lənkəranski öz klanına daxil olan digər "qanuni oğru” Badri Koquaşvilinin həbsxanadan vaxtından əvvəl çıxarılmasına ciddi-cəhdlə çalışır. 

BAKU.WS-in məlumatına görə, Rövşən Lənkəranski Zaxari Kalaçov və Merab Canqveladze kimi "qanuni oğru”larla birlikdə Badrinin tezliklə azadlığa çıxarılması üçün lazım olan bütün vəsaiti ödəməyə hazırdır. 7 il həbs cəzasının yarıdan çoxunu çəkmiş Koquaşvilinin xəstəlik adı ilə azadlığa çıxarılması planlaşdırılır. Rövşən Lənkəranski Badri Koquaşvilini hələ bir neçə ay əvvəl o Krasnayarsk həbsxanasının tibb müəssisəsində olduğu vaxt çıxarmağı planlaşdırırdı. Lakin Badri tibb müəssisəsində cinsi azlıq nümayəndəsi olan məhkumu döydükdən sonra işi bir qədər ağırlaşmışdı. 

Rövşən Lənkəranskinin Badrini azadlığa çıxararaq onunla bağlı xüsusi planlarını işə salacağə deyilir. Oğru aləmi səbirsizliklə Badrinin azadlığa çıxacağı günü və Rövşən Lənkəranski ilə yaradacağı tandemi səbirsizliklə gözləyir. 

BAKU.WS

Oxşar xəbərlər

AZTV Ilham Əliyevə məktub yazdığına görə işdən çıxarılan jurnalistlə bağlı məlumat yaydı

AZTV Ilham Əliyevə məktub yazdığına görə işdən çıxarılan jurnalistlə bağlı məlumat yaydı

Azərbaycan Teleradio Verilişləri QSC İctimai-Siyasi Proqramlar Baş Redaksiyasının əməkdaşı Ağanisə Sultanovanın işdən çıxarılması ilə bağlı xəbərlərə münasibət...

4560 Sosial 09:53 29 iyul 2015

Son xəbərlər