Sumqayıtda faciə: bacıları xilas etmək istəyən oğlan boğuldu
30
iyl
2015
16:46
Ötən gün Sumqayıt dəniz çimərliyində iki nəfər batıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Cəlilabad rayon sakini Qüdrət Muradov dənizdə çimən tanışları Beyləqan rayon sakinləri Nuranə Musayevanın və bacısı Gülbənizin boğulmasını gördüyündən onları xilas etməyə cəhd göstərib.
Nəticədə N.Musayeva və Q.Muradov boğulub, xilas edilmiş Gülbəniz isə xəstəxanaya yerləşdirilib.
BAKU.WS
Oxşar xəbərlər
Pamela Anderson Bakıya gəlir
Dünyaşöhrətli Playboy aktrisası Pamela Anderson Azərbaycana gələcək. Pamela Andersonun Bakıda yerləşən məşhur butikin açılışında iştirak edəcəyi gözlənilir. Məl...