Bakıda polis kapitanını bıçaqladılar
Kick-Boxinq üzrə 11 dəfə Azərbaycan çempionu olmuş, K1 turnirinin qalibi, dünya kubokunun sahibi, 4-qat dünya çempionu və beynəlxalq dərəcəli idman ustası Kamil Şərifov bıçaqlanıb.
BAKU.WS xəbər verir ki, bu haqda istiqlal.az-a məlumat verən mənbənin sözlərinə görə K.Şərifov polis kapitanıdır və Qaradağ rayonu ərazisində xidmət apararkən ona 3 bıçaq xəsarəti yetirilib.
Verilən məlumata görə K.Şərifov hazırda Daxili İşlər Naziliyinin hospitalında müalicə olunur. K.Şərifovun Kamil Zeynallı adlı dostu istagram səhifəsində onun xəstəxana çarpayısında uzanılı vəziyyətdə fotosunu yayıb. Fotonun yanındakı şərh bölümündə isə yazılıb: "Allah şəfa versin qardaşım. 2 saat keçən əməliyyatdan sonra yaxşıdır hər şey. Səni belə incidənlər çox getməz qardaşım. "Prince Baku" daima biz dostların yanındayıq... Gəcə saat 1-də vəzifə borcunu yetirərkən 5 şübhəlini saxlayıb, sonda əlbəyaxa olublar, 3 bıçaq zərbəsi alıb”.
Qeyd edək ki, K.Şərifov idmançılar arasında "Prince Baku" ləqəbi ilə də tanınır.
BAKU.WS
Oxşar xəbərlər
Bakı bulvarından 65 metrlik yaxta oğurlanıb
Yaxtanın sahibi polisə müraciət edib Bakı bulvarından yaxta oğurlanıb. BAKU.WS-ın məlumatına görə, polisə müraciət edən 1967-ci il təvəllüdlü Abdullayev Füzul...