Azərbaycanda polislər qəzaya düşdülər: ölən və yaralananlar var (video)

Azərbaycanda polislər qəzaya düşdülər: ölən və yaralananlar var (video)
Hadisə 5738

Gecə saatlarında Goranboy rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Rayon polis şöbəsindən BAKU.WS-ə verilən məlumata görə, rayonun Qarqucaq kəndi ərazisində 1987-ci il təvəllüdlü Nəsimi Kərimovun idarə etdiyi "VAZ-2107” markalı avtomobil aşıb. Qəza nəticəsində sürücü və avtomobildə olan 1986-cı il təvəllüdlü Cahid Tağıyev, 1987-ci il təvəllüdlü Seymur Abbasov ağır yaralanıblar. Yaralılar xəstəxanaya aparılarkən Xahid Tağıyev dünyasını dəyişib. Baş verən qəzada ölən və yaralananlar Naftalan rayon polis şöbəsinin əməkdaşlarıdır. Onlar qəza baş verən vaxt xidmət başında olmadığqları bildirilir. Qeydə alınan yol qəzasının səbəbləri isə aparılacaq araşdırmalardan sonra istintaqa məlum olacaq. Faktla bağlı cinayət iş ibaşlanıb.

Ziya Səccad BAKU.WS

Son xəbərlər