Hacı İbrahim: "Sentyabr ayında 50 milyon ödəyəcəyəm "

Hacı İbrahim: Sentyabr ayında 50 milyon ödəyəcəyəm
İqtisadiyyat 3261

  "Əslində məni yox, şirkətin əməkdaşlarını Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinə ("Bandotdel”) dəvət ediblər. Biz kredit borcları qaytarılana qədər onlarla əlaqə saxlamalıyıq”. Bu barədə məşhur iş adamı Hacı İbrahim Nehrəmli BAKU.WS-ə açıqlamasında bildirib. İş adamı açıqlamasında onu da bildirib ki, hazırda Beynəlxalq Banka 430 milyon kredit borcu var. Onun sözlərinə görə, həmin krediti 2019-cu ilə qədər ödəməyə vaxtı var. "Maliyyə mütəxəssislərinin hesablamaları nəticəsində şirkətin tabeliyində olan adalarının birini 1 milyard 251 milyon manat qiymətləndirilib. Məncə bu ən aşağı dəyənləndirilmədir. Həmin vəsaitlərin 3 milyarddan çox dəyəri var”, - deyə Hacı İbrahim Nehrəmli bildirib.

Kredit borclarının ödənilməsinə gəlincə, Hacı İbrahim Nehrəmli bildirib ki, gələn aydan ödəmələri intensiv həyata keçirəcək: "Sentyabr ayında 50 milyon ödəyəcəyəm. Düşünürəm ki, ödəmələrdə heç bir problem yaranmayacaq”. Xatırladaq ki, kütləvi informasiya vasitələrində yayılan məlumata görə, Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin ("Bandotdel”) əməkdaşları oliqarx Hacı İbrahim Nehrəmlini yenə də saxlayaraq adıçəkilən idarəyə aparıblar. İş adamı Beynəlxalq Bankdan götürdüyü kreditləri ödəyə bilmədiyi üçün saxlanıb. "Avesta” konserninin prezidenti, iddialı "Khazar İslands” layihəsinin müəllifi olan Hacı İbrahim Beynəlxalq Banka olan kredit borclarını ödəmədiyi üçün mayın 13-də də "Bandotdel” əməkdaşları tərəfindən saxlanmışdı. Onun banka 57 milyon dollar borcu var. Hacı İbrahim bank qarşısındakı öhdəliklərini yerinə yetirməyi vəd edəndən sonra mayın 27-də sərbəst buraxılmışdı Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Hacı İbrahim yenidən "Bandotdel”də

Hacı İbrahim yenidən "Bandotdel”də

Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin ("Bandotdel”) əməkdaşları oliqarx Hacı İbrahim Nehrəmlini yenə də saxlayaraq adıç...

2447 Hadisə 09:27 04 avqust 2015

Son xəbərlər