Hacı İbrahim yenidən "Bandotdel”də

Hacı İbrahim yenidən Bandotdel”də
Hadisə 2447

Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin ("Bandotdel”) əməkdaşları oliqarx Hacı İbrahim Nehrəmlini yenə də saxlayaraq adıçəkilən idarəyə aparıblar. BAKU.WS-in məlumatına görə, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələrdən virtualaz.org saytına məlumat verilib. Verilən məlumata görə, iş adamı Beynəlxalq Bankdan götürdüyü kreditləri ödəyə bilmədiyi üçün saxlanıb. Xatırladaq ki, "Avesta” konserninin prezidenti, iddialı "Khazar İslands” layihəsinin müəllifi olan Hacı İbrahim Beynəlxalq Banka olan kredit borclarını ödəmədiyi üçün mayın 13-də də "Bandotdel” əməkdaşları tərəfindən saxlanmışdı. Onun banka 57 milyon dollar borcu var. Hacı İbrahim bank qarşısındakı öhdəliklərini yerinə yetirməyi vəd edəndən sonra mayın 27-də sərbəst buraxılmışdı Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda 47 qadın zorlanıb

Azərbaycanda 47 qadın zorlanıb

Bu il ərzində Azərbaycanda 47 nəfər cinsi istismara məruz qalıb. Daxili İşlər Nazirliyinin İnsаn Аlvеrinə qаrşı Mübаrizə Baş İdаrəsindən BAKU.WS-ə verilən məlum...

4709 Hadisə 17:18 03 avqust 2015

Son xəbərlər