Tacir Şahmalıoğlunun qardaşının meyiti tapıldı
Ötən gün saat 19:40-da tanınmış müğənni Tacir Şahmalıoğlunun qardaşı Mahir Allahverdiyevin meyiti dənizdən çıxarılıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularından Xilasetmə Xidmətindən Baku.ws-ə verilən məlumata görə, 36 yaşlı Mahir Allahverdiyevin meyiti Novxanı ərazisindən 2 km. aralı, Sumqayıt istiqamətində əhalinin çimməsi üçün nəzərdə tutulmayan ərazidə sahildən tapılıb. "Meyit şəxsin batdığı ərazidən 4,5 km. aralıda tapılıb. Dalğalar meyiti sahilə atıblar. Meyiti ərazidə çimən şəxslər aşkarlayıb”, - deyə xidmətdən bildirilib. Meyit Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən çıxarılaraq hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib. Xatırladaq ki, iyulun 31-də Novxanı çimərliyində tanınmış müğənni Tacir Şahmalıoğlunun kiçik qardaşı 36 yaşlı Mahir Allahverdiyev dənizdə batıb. Mahir Allahverdiyevin 2 azyaşlı övladı var. Allah rəhmət eləsin!
Ziya Səccad
BAKU.WS
Oxşar xəbərlər
Bakıda dəhşətli yol qəzası: sürücü maşında yandı (video)
Bakının Sabunçu rayonunda avqustin 2-də bir neçə avtomobil toqquşub, nəticədə yanğın baş verib. BAKU.WS-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadə...