Azərbaycanda 47 qadın zorlanıb

Azərbaycanda 47 qadın zorlanıb
Hadisə 4747

Bu il ərzində Azərbaycanda 47 nəfər cinsi istismara məruz qalıb. Daxili İşlər Nazirliyinin İnsаn Аlvеrinə qаrşı Mübаrizə Baş İdаrəsindən BAKU.WS-ə verilən məlumata görə, qurbanların arasında xarici vətəndaşlar da olub.

Zorlanmaya məruz qalan qadınların 5-i özbək əsillidir. Qurbanların qalanları isə Azərbaycan Respublikasının vətəndaşlarıdır.

Qurbаnlаrdаn 33-ü Türkiyə Respublikasında, 6-sı Azərbaycan Respublikasında, 6-sı Birləşmiş Ərəb Əmirliyində, 3-ü Rusiyа Fеdеrаsiyаsındа istismar olunmuş, 18-i Bakı, 30-u isə Respublikasının digər şəhər və rayon sakinləridir Qadınlardann onu еrkən nikаhа dахil оlub.

Hüquq-mühafizə orqanlarının keçirdiklər əməliyyat nəticəsində bu il ərzində 17 nəfər insan alverilə məşğul olduğuna görə saxlanılıb. Saxlanılanlardan 15 nəfəri qadın, ikisi kişidir. Azərbaycan hüquq-mühafizə orqanlarının beynəlxlaq əməkdaşlığı nəticəsində ölkədən qaçan 4 qadın alverçisi və zorakı şəxs saxlanılıb. 14 insan alverçisinin İnterpol kanalları ilə beynəlxalq axtarışı davam etdirilir. Ziya Səccad BAKU.WS

 

Azərbaycanda 47 qadın zorlanıb

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Ehtiyatlı olun: Bakıda saxta pullar var

Ehtiyatlı olun: Bakıda saxta pullar var

Azərbaycanda xeyli miqdarda saxta pul dövriyyədən çıxarılıb. BAKU.WS-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, əməliyyat Baş Cinayət...

4520 Hadisə 15:06 03 avqust 2015

Son xəbərlər