Türkiyə Azərbaycana görə vətəndaşlarına ikinci pasport verir
Türkiyə vətəndaşları üçün ikili pasport tətbiqinə start verir.
BAKU.WS-in məlumatına görə, ikinci pasportun əsasən tez-tez xarici ölkələrə səyahət etmək məcburiyyətində qalan iş adamlarına verilməsi nəzərdə tutulub.
İkinci pasport məsələsi Azərbaycan-Ermənistan, Rusiya-Gürcüstan, İran-ABŞ və İsrail Ərəb ölkələri münaqişələri səbəbindən konsulluqlarda viza məsələsinin uzanmasına görə gündəmə gəlib.
Tez-tez xarici ölkəklərə səyahət edən türk vətəndaşları bir pasportla səhayət edərkən digər pasportla vizasını alaraq digər ölkəyə keçib vaxt itirmədən səyahətini davam etdirə biləcəklər.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda nonsens: ayıq sürücünü evinə aparan sərxoş sürücü saxlanıldı
Gecə saatlarında Respublika Narkoloji Mərkəzinin alkoqol sərxoşluğunu təyinetmə məntəqəsinə bir neçə sürücü gətirilib. BAKU.WS APA TV-yə istinadən xəbər verir...