Bakıda sərnişin avtobusunda dəhşət yaşandı

Bakıda sərnişin avtobusunda dəhşət yaşandı
Hadisə 5986

  Bakıda sərnişin avtobusunda ölümlə nəticələnən dəhşətli hadisə baş verib. BAKU.WS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Yasamal rayonu ərazisində Yevlax rayon sakini Taleh Məmmədovun idarə etdiyi "İsuzu” markalı avtobusunun qapısı açıq olduğundan sərnişini Ağsu rayon sakini Xəzəngül Sadıxova yıxılıb.

Xəstəxanaya yerləşdirilən X.Sadıxova aldığı xəsarətdən orada ölüb.

Əslində isə Yol Hərəkəti Haqqında qanuna görə, sərnişin avtobusları hərəkət edərkən həddindən artıq sərnişin daşıya bilməz. Qanunun başqa bir maddəsində isə avtobusların hərəkəti zamanı qapıları açıq saxlamaq qadağan edilir. Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovun BAKU.WS -ə açıqlamasında bildirib ki, belə hadisələrlə mübarizə aparılmasına baxmayaraq hələ də, özbaşınalıq edən sürücülər var. DYP rəisi bir daha sürücülərə müraciət edərək bildirdi ki, avtobus sürücüləri daha diqqətli olmalıdırlar: "Onlar ən azı düşünməlidirlər ki, hansısa bədbəxt hadisə baş verəcəksə neçə ailədə göz yaşları axacaq”. Nəqliyyat Nazirliyinin mətbuat katibliyinin müdiri Namiq Həsənov isə BAKU.WS -ə avtobusların belə özbaşınalıqlarının yolverilməz olduğunu bildirib. Onun sözlərinə görə, nəqliyyat departamenti həmişə belə qanunsuzluqlarla mübarizə aparır. Belə sürücülər ən ağır şəkildə cəzalandırılır. Sahibkar cərimələnir. Qeyd edək ki, sərnişin avtobusların bu və digər özbaşınalıqlarla qarşılaşan vətəndaşlar Nəqliyyat Nazirliyinin qaynar xəttinə müraciət edə bilər. Ziya Səccad BAKU.WS

Son xəbərlər