Azərbaycanda qardaş qardaşı baltalayaraq öldürüb
Beyləqanda qətl törədilib.
BAKU.WS xəbər verir ki, yerli sakinlərin APA-ya verdiyi məlumata görə, hadisə bu gün rayonun 1-ci Şahsevən kəndində qeydə alınıb. Kənd sakini Xudayar Məmmədov ailədaxili münaqişə zəminində qardaşı, Məhərrəm Məmmədovun başına balta ilə zərbə endirib.
Xəstəxanaya çatdırılan M. Məmmədovu xilas etmək mümkün olmayıb. O, çoxlu qan itirdiyindən dünyasını dəyişib.
Beyləqan Rayon Polis Şöbəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, M. Məmmədov başından küt alətdən aldığı xəsarətlə xəstəxanaya daxil olub və daxil olandan bir müddət sonra dünyasını dəyişib. Hadisəni törətməkdə şübhəli bilinən X. Məmmədov artıq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda qadın onu şantaj edən kişinin başına oyun açdı
Qax şəhərində kişi qadını şantaj edib. BAKU.WS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, qadını əxlaqsız hərəkətlər edərk...