Azərbaycanın əməkdar artisti vəfat etdi (FOTO)
Ötən gecə Azərbaycanın əməkdar artisti Tanilə Əhmərova dünyasını dəyişib. BAKU.WS-in məlumatına görə, Tanilə Əhmərova uzun sürən xəstəlikdən sonra 65 yaşında vəfat edib. Əməkdar artist Tanilə Əhmərova 1950-ci ildə iyunun 1-də Bakıda anadan olub. 1977-ci ildə M.Əliyev adına Dövlət Teatr İnstitutnuu bitirib. Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasının aktrisası olub. Tanilə Əhmərova "Əlavə iz”, "Arşınmalçı”, "Evlənmək istəyirəm”, "İlıq dənizdə buz parçası”, "İşarəni dənizdən gözləyin”, "Qaynana”, "Qəribə adam”, "Sevinc buxtası”, "Səndən xəbərsiz”, "Şir evdən getdi”, "Təhminə”, "Tələ”, "Üzeyir ömrü”, və "Üzü küləyə” filmlərində rol alıb. Tanilə Əhmərova 1979-cu ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif olunub. Allah rəhmət eləsin. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Rusiyadan bizə gələn mallar ucuzlaşacaq
"Rusiya rublu yenidən dollara nisbətən ciddi dəyər itirməkdədir. Bu ilin əvvələrində "özünə gəlməyə” çalışan Şimal qonşumuzun milli valyutası cəmi 6 ay duruş gə...