Bakıda avtobus vurmuş avstriyalı idmançı haqda son məlumat

Bakıda avtobus vurmuş avstriyalı idmançı haqda son məlumat
Hadisə 4326

İyunun 10-da Bakıda avtobus qəzası keçirmiş avstriyalı sinxron üzgüçü Vanessa Sehinoviçin səhhəti haqqında ən son məlumat yayılıb. 

BAKU.WS-in Azərtac-a istinadən verdiyi məlumata görə, Azərbaycanın Avstriyadakı səfirliyi avstriyalı atletin vəziyyətinin sabit olduğunu və onun sağlamlığı üçün bütün lazımi tədbirlər həyata keçirildiyini bildirib. İntensiv terapiya şöbəsindən normal stasionar şöbəyə köçürülən V.Sehinoviçin müalicəsi artıq bu şöbədə davam etdirilir. Hazırda gənc atletin xəstəxananı tərk etdikdən sonra müvafiq reabilitasiya kursu keçməsi üçün uyğun bərpa-reabilitasiya mərkəzləri arasında seçim edilir. 

Azərbaycanın Avstriyadakı səfirliyi ölkəmizin müvafiq dövlət qurumları ilə koordinasiyalı şəkildə həm Vanessaya, həm də onun ailəsinə müvafiq diqqət və qayğı göstərir.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda oğlanın qopmuş qolunu yerinə tikdilər (FOTO)

Bakıda oğlanın qopmuş qolunu yerinə tikdilər (FOTO)

Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalında yuxarı ətrafın uğurlu replantasiya əməliyyatı aparılıb. Gömrük Komitəsinin mətbuat xidmətindən BAKU.WS-ə verilə...

5013 Hadisə 15:00 30 iyul 2015

Son xəbərlər