Bakıda oğlanın qopmuş qolunu yerinə tikdilər (FOTO)

Bakıda oğlanın qopmuş qolunu yerinə tikdilər (FOTO)
Hadisə 5013

Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalında yuxarı ətrafın uğurlu replantasiya əməliyyatı aparılıb.

Gömrük Komitəsinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, hospitala müraciət edən 26 yaşlı pasient C.A.Muradovun əməliyyatı hospitalın mütəxəssisləri - tibb elmləri namizədi, travmatoloq-ortoped Ramin Rzayev, tibb elmləri namizədi, damar cərrahı Sabuhi Dadaşov, tibb elmləri namizədi, həkim-cərrah Namiq Bədirxanov tərəfindən həyata keçirilmişdir. Sağ qolu travma nəticəsində amputasiya olmuş xəstə Mərkəzi Hospitalda əməliyyata alınmış, 10 saatlıq əməliyyatdan sonra replantasiya uğurla başa çatdırılmışdır.

Xəstənin travma nəticəsində qopmuş sağ qolunun uzun müddət qanla təchizatının olmamasına və bu cür hallarda əməliyyatın uğurlu keçməsi ehtimalının az olmasına baxmayaraq, həkimlərin səyi nəticəsində travma almış arterial və venoz damarlar, bazu sümüyü və əzələlər, eyni zamanda sinir damarları müvəffəqiyyətli şəkildə bərpa edilmişdir.

Əməliyyatdan sonrakı dövrdə qolun qanla təchizatı tam bərpa edilmişdir. Xəstənin əmək qabiliyyətinin bərpası 8-12 ay ərzində nəzərdə tutulur.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər