Metro kartlarının istifadə müddəti nə vaxt bitir?

Metro kartlarının istifadə müddəti nə vaxt bitir?
Sosial 3327

 

Bakıda avqustun 8-dən etibarən Bakı Metropoliteni stansiyasına daxil olmaq üçün vahid ödəniş kartı kimi "BakıKart" və "BakıKart Məhdud istifadə üçün" kartların istifadəsinə başlanılır.

"Bakı Metropoliteni" QSC-dən "Report"a verilən məlumata görə, ilkin mərhələdə "BakıKart" və "BakıKart Məhdud istifadə üçün" kartlarından "BakuBus"MMC-yə məxsus avtobuslarda və Bakı metropolitenində gediş haqqının ödənişi üçün istifadə ediləcək.

"BakıKart" və "BakıKart Məhdud istifadə üçün" kartlarını bütün stansiyaların vestibüllərində və "BakuBus" MMC-yə məxsus marşrutların Bakıdakı dayancaqlarda quraşdırılımış yeni terminallardan əldə etmək olar.

Qeyd edək ki, "BakıKart"ın (plastik kart) qiyməti 2 manatdır və 1 gediş haqqının qiyməti isə 0,20 manatdır. Terminallarda kartın balansını artırmaq mümkündür. Bu növ kart yuxarıda adları çəkilən nəqliyyat vasitələrində daimi istifadə edən sərnişinlər üçün nəzərdə tutulub.

"BakıKart Məhdud istifadə üçün" kartın qiyməti də 0,20 manatdır. Bu növ karta yalnız satın alınarkən 1,2,3 və ya 4 gediş yükləmək mümkündür. 1 gediş haqqının dəyəri 0,20 manatdır. Termianllarda bu növ kartların balansını artırmaq mümkün deyil. Bu növ kart yuxarıda qeyd edilən nəqliyyat vasitələrindən çox az istifadə edən şəhərin qonaqları və sakinləri üçün nəzərdə tutulub.

Hər iki növ kart heç bir halda geri qaytarılmır.

Qurum "Metrokart"ın yeni karta inteqrasiya qaydalarına da aydınlıq gətirib. Belə ki, "Metrokart"ın girov dəyəri 2 şəkildə gediş haqqı olaraq istifadə oluna bilər: "Metrokart"ın girov dəyəri "Metrokart"a gediş haqqı olaraq yüklənir. "Metrokart"ın balansı sıfır olduqda atılır və yeni "Bakıkart" alınaraq istifadə olunur. "Metrokart"ın girov dəyəri və balansında olan məbləğ "BakıKart"a köçürülərək istifadə edilir.

"Metrokart"ın balansında olan gediş haqqı sentyabrın 30-na qədər istifadə oluna bilər. "Metrokart"ın girov dəyəri və balansında olan məbəğ "BakıKart"a köçürmək istəyən sərnişinlər yeni terminal vasitəsilə "Bakıkart"ı alıb istifadədə olan "Metrokart"ı ilə birlikdə stansiyanın xəzinədarına təqdim etməlidir.

Bir ədəd "Metrokart"ın girov dəyərini və ona yüklənmiş məbləği yalnız bir ədəd "Bakıkart"a transfer etmək mümkündür. "Metrokart"ı qaytarmaq istəyən sərnişinlər kartın girov dəyərini avqusutn 15-nə kimi stansiyaların xəzinədarlarından geri ala biləcəklər.

Avqustun 15-dən sentyabrın 30-dək "Metrokart"ın girov dəyəri sadəcə gediş haqqı kimi istifadə olunacaq. Sentyabrın 30-dək metropolitendə "Metrokart" və "Bakıkart"ın birgə istifadəsi həyata keçiriləcək. Sentyarın 30-dan etibarən "Metrokart"ın istifadəsi dayandırılacaq. 

BAKU.WS

Oxşar xəbərlər

Bakının kondisionerli avtobusları bu ünvanlardan keçəcək (SİYAHI)

Bakının kondisionerli avtobusları bu ünvanlardan keçəcək (SİYAHI)

"BakuBus" MMC-yə məxsus "Iveco" sərnişin avtobuslarının paytaxt ərazisində hansı marşrutlar üzrə xidmət göstərəcəyi məlum olub. "BakuBus" MMC-dən BAKU.WS-ə ve...

6680 Sosial 16:38 05 avqust 2015

Son xəbərlər