Nazirlik 40 min telefonu yoxladı

Nazirlik 40 min telefonu yoxladı
İqtisadiyyat 2142

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mobil cihazlarla bağlı bir elektron xidmətinin növbəti statistikası bəlli olub.

 

BAKU.WS-in RYTN-ə istinadla verdiyi məlumata görə, ənənəvi olaraq "Elektron hökumət” portalında nazirliyin ən çox istifadə olunan e-xidmətlərindən olan "Mobil cihazların IMEI kodunun yoxlanılması” xidmətindən iyul ayında vətəndaşlar 40324 dəfə yararlanıb.

Bu xidmətlə mobil cihazların müvafiq standartlara uyğun olub-olmaması barədə məlumat əldə etmək mümkündür. Bunun üçün portalda həmin elektron xidməti seçib, telefonun "IMEI” kodunu müvafiq xanaya daxil edərək yoxla düyməsini seçmək lazım gəlir.

Qeyd edək ki, sözügedən xidmətdən istifadə üçün "Elektron hökumət” portalında autenfikasiyadan keçmək tələb olunmur.

BAKU.WS

Oxşar xəbərlər

Bakının mərkəzində bomba həyəcanı yaşandı

Bakının mərkəzində bomba həyəcanı yaşandı

Bakının mərkəzi hissəsində bomba həyəcanı yaşanıb. BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, "112” qaynar telefon xət...

1879 Hadisə 11:43 04 avqust 2015

Son xəbərlər