Yeni metro kartları bu gündən istifadəyə verilir
Bu gündən Bakı Metropoliteni stansiyasına daxil olmaq üçün vahid ödəniş kartı kimi "BakıKart" və "BakıKart Məhdud istifadə üçün" kartların istifadəsinə başlanılır.
BAKU.WS-in verdiyi məlumata görə, ilkin mərhələdə "BakıKart" və "BakıKart Məhdud istifadə üçün" kartlarından "BakuBus"MMC-yə məxsus avtobuslarda və Bakı metropolitenində gediş haqqının ödənişi üçün istifadə ediləcək.
"BakıKart" və "BakıKart Məhdud istifadə üçün" kartlarını bütün stansiyaların vestibüllərində və "BakuBus" MMC-yə məxsus marşrutların Bakıdakı dayancaqlarda quraşdırılımış yeni terminallardan əldə etmək olar.
Qeyd edək ki, "BakıKart"ın (plastik kart) qiyməti 2 manatdır və 1 gediş haqqının qiyməti isə 0,20 manatdır. Terminallarda kartın balansını artırmaq mümkündür. Bu növ kart yuxarıda adları çəkilən nəqliyyat vasitələrində daimi istifadə edən sərnişinlər üçün nəzərdə tutulub.
"BakıKart Məhdud istifadə üçün" kartın qiyməti də 0,20 manatdır. 20 qəpik dəyərində olan müvəqqəti kartlar kağız formasındadır. Bu kartlar metrodan az istifadə edənlər və Bakıya qonaq gələnlər üçün nəzərdə tutulub. "BakıKart" və "BakıKart Məhdud istifadə üçün" kartlarından istifadə olunduğu gündən 45 gün ərzində yalnız 4 dəfə istifadə etmək mümkündür. Sentyabrın 30-a qədər köhnə metro kartları da istifadə olunacaq.
Avqust ayının 15-ə kimi köhnə meto kartlarını geri qaytarmaq olar. Avqustun 15-dən sonra köhnə kartların sərnişinlərə satışı dayanacaq. Yeni kart alanda köhnə kartdakı pul həmin karta köçürüləcək.
"BakıKart" və "BakıKart Məhdud istifadə üçün" kartları heç bir halda geri qaytarılmır.
BAKU.WS
Oxşar xəbərlər
Bakı metrosunun yeni 20 qəpiklik kartları (FOTO)
"Bakı Metropoliteni"ndə avqustun 8-dən yeni kartlar istifadəyə verəcək. BAKU.WS-in məlumatına görə, 20 qəpik dəyərində olan müvəqqəti kartlar kağız formasınd...