Metroda 88 mindən çox "Bakıkart" satılıb
Bakı metrosunda gələn ayın sonuna qədər bütün köhnə aparatlar yığışdırılacaq.
Bu barədə Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, sentyabrın 30-da metrokartlara pul yükləmək üçün quraşdırılan və ondan istifadə edilən terminalların hamısı yenilərilə əvəzlənəcək. "Yeni aparatların və intervalların quraşdırılması tədricən davam edir. İndiyə qədər 80-dan çox "BakıKart” aparatı quraşdırılıb”, - deyə Nəsimi Paşayev bildirib. Qurum rəsmisi onu da əlavə edib ki, sərnişinlərin "BakıKart”a marağı çoxdur. Lakin hələlik ondan istifadə edənlərin sayı çox deyil: "İndiyə qədər 88 mindən çox "BakıKart” satılıb. 6900 köhnə kart isə qaytarılıb. "BakıKart”dan ən çox "İçərişəhər”, "Sahil”, "28 may” və "Elmlər Akademiyası” stansiyalarında istifadə edirlər”, - deyə Nəsimi Paşayev bildirib. Xatırladaq ki, avqustun 8-dən etibarən Bakı Metropolitenində vahid ödəmə kartına keçilib. Bunun üçün "BakıKart” satışa verilib. Sentyabrın 30-a qədər isə hər iki ödəmə kartından istifadə ediləcək.
Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Bakı metrosuna dolan su sərnişinlər üçün təhlükəlidir?
Bakı metrosunda yeraltı sularını axması sərnişinlər üçün nə dərəcədə təhlükəlidir? Bu barədə BAKU.WS-in redaksiyasına çoxsaylı müraciətlər daxil olub. Vətəndaş...