Bakı metrosunda sərnişinlər etiraz edir

Bakı metrosunda sərnişinlər etiraz edir
Hadisə 1806

Bakı Metropoliteni stansiyasına daxil olmaq üçün satışa çıxarılan "BakıKart" və "BakıKart Məhdud istifadə üçün" kartları sərnişinlər üçün problemlər yaradıb. BAKU.WS-in ölkə.az-a istinadən məlumat verir ki, dünən metropolitenin bir neçə stansiyasının girişində, o cümlədən "Nizami" və "İnşaatçılar" stansiyalarında sərnişinlərlə metropoliten işçiləri arasında mübahisə yaranıb. Sərnişinlər sözügedən yeniliyin onlar üçün çətinlik yaratdığını bildiriblər: "Bu sistemə daha fərqli formada keçmək olardı. Amma gördüyünüz kimi burada böyük sıxlıq yaranıb. Metro işçilərindən yeni kartla bağlı soruşduqlarmıza isə lazımi cavab ala bilmirik. Çox vaxt bizi başlarından edirlər". Bakı Metropolitenindən isə bildiriblər ki, əslində metroda heç bir problem yoxdur. Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev BAKU.WS-ə açıqlamasında bildirib ki, ola bilər günün hansısa saatında sıxlıq yaranır. Lakin bu o demək deyil ki, burada problem var. "Metroda heç bir problem yoxdur. sentyabrın 30-da metrokartlara pul yükləmək üçün quraşdırılan və ondan istifadə edilən terminalların hamısı yenilərilə əvəzlənəcək. "Yeni aparatların və intervalların quraşdırılması tədricən davam edir. İndiyə qədər 80-dan çox "BakıKart” aparatı quraşdırılıb”, - deyə Nəsimi Paşayev bildirib. Qurum rəsmisi onu da əlavə edib ki, sərnişinlərin "BakıKart”a marağı çoxdur. Lakin hələlik ondan istifadə edənlərin sayı çox deyil: "İndiyə qədər 88 mindən çox "BakıKart” satılıb. 6900 köhnə kart isə qaytarılıb. "BakıKart”dan ən çox "İçərişəhər”, "Sahil”, "28 may” və "Elmlər Akademiyası” stansiyalarında istifadə edirlər”, - deyə Nəsimi Paşayev bildirib. Xatırladaq ki, avqustun 8-dən etibarən Bakı Metropolitenində vahid ödəmə kartına keçilib. Bunun üçün "BakıKart” satışa verilib. Sentyabrın 30-a qədər isə hər iki ödəmə kartından istifadə ediləcək. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Metroda 88 mindən çox "Bakıkart" satılıb

Metroda 88 mindən çox "Bakıkart" satılıb

Bakı metrosunda gələn ayın sonuna qədər bütün köhnə aparatlar yığışdırılacaq. Bu barədə Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev BAKU.W...

1268 Şou-biznes 13:29 14 avqust 2015

Son xəbərlər