Bu “ASAN xidmət” mərkəzi 2 gün işləməyəcək

Bu “ASAN xidmət” mərkəzi 2 gün işləməyəcək
Şou-biznes 1339

1 saylı Bakı "ASAN xidmət” mərkəzi 2 gün işləməyəcək. 

"ASAN xidmət" mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, 12-13 sentyabr tarixlərində Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsi 36 ünvanında yerləşən 1 saylı Bakı "ASAN xidmət” mərkəzi görülən profilaktik tədbirlər ilə əlaqədar xidmət göstərməyəcək.

Vətəndaşlar qeyd olunan tarixlərdə onlara daha yaxın Bakı şəhərində yerləşən digər "ASAN xidmət” mərkəzlərinə müraciət edərək xidmətlərdən yararlana bilərlər. 

Qeyd edək ki, "ASAN xidmət" mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir. 

ŞAHİN Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycandakı zəlzələ Türkiyədə həyəcana səbəb oldu

Azərbaycandakı zəlzələ Türkiyədə həyəcana səbəb oldu

Azərbaycanda baş verən zəlzələ Türkiyədə də hiss olunub. BAKU.WS Türkiyə mətbuatına istinadən məlumat verir ki, bu gün səhər saatlarında Azərbaycan ərazisində...

1363 Hadisə 12:59 04 sentyabr 2015

Son xəbərlər