Günün ikinci zəlzələsi

Günün ikinci zəlzələsi
Hadisə 1715

 

Azərbaycanda daha bir zəlzələ baş verib.

BAKU.WS-in Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadla verdiyi məlumata görə, təkanlar yerli vaxtla saat 09:55-də Şəkidən 23 km cənub-şərqdə Oğuz ərazisində zəlzələ qeydə alınıb. Maqnitudası 3,2 bal olan təkanlar yerin 21 km dərinliyində baş verib.

Zəlzələ hiss olunmayıb.   

Qeyd edək ki, bu gün yerli vaxtla saat 09:49-da Şəki ərazisində də zəlzələ qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ episentrdə 7 bal, yaxın yaşayış məntəqələrində 6-5 bala qədər hiss olunub. Seysmoloji Xidmət mərkəzi zələzələnin afterşokları olacağını bildirib. Xidmət budəfəki təkanların nisbətən zəif olacağını və əhalini vahiməyə düşməməyə çağırıb. 

Zəlzələ 09.51 radələrində Ucar, Göyçay, Ağdaş, Şamaxı, Zaqatala, Balakən, Şəki, Qəbələ, İsmayıllı, Tovuz, Salyan, Sabirabad rayonlarında, Şirvan və Mingəçevir şəhərlərində qeydə alınıb.

ŞAHİN Həbibov 

BAKU.WS

Oxşar xəbərlər

Dəmir yolunda zəlzələ ilə əlaqədar gücləndirilmiş iş rejimi başladı

Dəmir yolunda zəlzələ ilə əlaqədar gücləndirilmiş iş rejimi başladı

Dəmiryolçular bu gün baş verən zəlzələ ilə əlaqədar hərəkətə keçib. "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzm...

1107 Hadisə 11:50 04 sentyabr 2015

Son xəbərlər