Millət vəkili zəlzələdən yazdı: "Binalarda çatlar var"

Millət vəkili zəlzələdən yazdı: Binalarda çatlar var
Hadisə 1181

"Mingəçevirdə zəlzələ oldu, hətta bəzi binaların otaqlarında çat əmələ gəlib".

BAKU.WS-in məlumatına görə, bunu millət vəkili Aydın Mirzəzadə söyləyib. Onun sözlərinə görə, şəhər icra hakimiyyəti ilə əlaqə saxlayıb və hazırki vəziyyətlə maraqlanıb: "Mənə dedilər ki, hələlik dağıntılar və ağır fəsadlar barədə xəbər yoxdur. Həmin vaxtı Bakıda olduğum otaqda lyustrun zəif tərpənişini mən də hiss etdim", - deyə millət vəkili bildirib.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 09:49-da Şəki ərazisində də zəlzələ qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ episentrdə 7 bal, yaxın yaşayış məntəqələrində 6-5 bala qədər hiss olunub. Seysmoloji Xidmət mərkəzi zələzələnin afterşokları olacağını bildirib. Xidmət budəfəki təkanların nisbətən zəif olacağını və əhalini fahiməyə düşməməyə çağırıb. 

Qeyd edək ki, bu gün saat 09.51 radələrində Ucar, Göyçay, Ağdaş, Şamaxı, Zaqatala, Balakən, Şəki, Qəbələ, İsmayıllı, Tovuz, Salyan, Sabirabad rayonlarında, Şirvan və Mingəçevir şəhərlərində qeydə alınıb.

ŞAHİN Həbibov 

BAKU.WS

Oxşar xəbərlər

Şəkinin icra başçısı 7 ballıq zəlzələdən danışdı: dağıntılar var

Şəkinin icra başçısı 7 ballıq zəlzələdən danışdı: dağıntılar var

Bu gün səhər saatlarında Şəkidə baş verən güclü təbii fəlakət nəticəsində dağıntılar baş verib. Bu barədə rayonun icra başçısı Elxan Usubov BAKU.WS-ə açıqlamas...

2455 Hadisə 10:54 04 sentyabr 2015

Son xəbərlər